Vüsal Sultanlı Genel,Seçim Seçicilərə müraciət

Seçicilərə müraciət

0 Comments


Əziz Sabirabadlılar və dəyərli seçicilərim.

Bildiyiniz kimi 1 sentyabr 2024-cü il tarixində AZƏRBAYCAN RESPUBLİKASININ MİLLİ MƏCLİSİNƏ növbədənkənar seçkilər keçiriləcəkdir. Mən də 67 saylı Sabirabad seçki dairəsindən, sizin SABİRABADLI namizədiniz kimi öz namizədliyimi irəli sürərək seçkilərdə iştirak etməyi qərara aldım. Bildirmək istəyirəm ki, qanunla müəyyən edilmiş say qədər seçici imzalarının toplanılması nəticəsində həmin dairə komissiyası tərəfindən namizədliyim qeydə alındı.

Dəyərli seçicilərim, parlament seçkilərində iştirakımla bağlı qərar verdiyim andan etibarən, gənclərlə daha yaxından çalışmağı, gənclərin problemlərini daim diqqətdə saxlamağı və həmin problemlərin həlli istiqamətində mühüm işlər görməyi özümə məqsəd seçmişəm. Xüsusi ilə qeyd etmək istəyirəm ki, yaşından aslı olmayaraq hər bir seçici mənim üçün dəyərlidir. Bu səbəbdən bütün yaş qruplarından olan seçicilərimin daim yanında olub, onlara lazımi dəstəyi göstərməyi özümə borc bilirəm.

Seçkilərin nəticəsindən aslı olmayaraq hər zaman seçicilərimin yanında olacağam.

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir