
Vüsal Sultanlı - Gələcəyimizə Səs Verək!
Sizin Sabirabadlı Namizədiniz!
Seçki platforması
Şəhid, qazi və az təminatlı ailələrin övladları üçün məktəbdən kənar ödənişsiz kurs imkanının yaradılmasına, həmçini onların kompüterlə təmin olunmasına dəstək olacağam, İşsiz şəxslər üçün yeni iş imkanlarının yaradılması üçün çalışacağam, Gənclərin asudə vaxtının səmərəli keçirilməsi üçün Sabirabad şəhər stadionunun təmir-bərpa edilməsinə və rayonun futbol komandasının yaradılmasına lazımi tədbirləri görəcəyəm, Yüksək bal toplamış gənclərimizin əlavə təqaüd almasına dəstək olacağam, Gənclərin xarici dil və komputer biliklərinə yiyələnmələri üçün ödənişsiz kursların təşkil olunmasında şəxsən iştirak edəcəyəm, Məktəblərdə mütəmadi şəxsi inkişaf yönümlü görüşlərin keçirilməsi və karyera inkişafı proqramlarının hazırlanmasında zəruri tədbirləri həyata keçirəcəyəm, Uşaq bağçalarının saylarının və xidmət keyfiyyətlərinin artırılması istiqamətində həm dövlət, eyni zamanda özəl sahibkarlıq qurumları ilə sıx əməkdaşlıq edəcəyəm, Millət vəkilinin nüfuzu və statusundan istifadə edərək rayonda infrastruktur şəraitinin yaxşılaşdırılması, köhnə yolların bərpası, yeni yolların çəkilməsi, su-kanalizasiya, təbii qaz, elektrik təchizatları, əyləncə-istirahət məkanları, obyektlərin qurulması məsələsində həm dövlət, həm də kommersiya subyektləri qarşısında məsələ qaldıracağam, Sabirabadın sosial-iqtisadi inkişafını təmin edəcək yeni proqram və layihələrin hazırlanması üçün mütəxəssislərlə birlikdə çalışacağam, Vətəndaşların ərizə, müraciət, şikayət və təkliflərinin araşdırılaraq cavabsız qoyulmamasının təmin edəcəyəm, SƏS VERƏK!
